BİLƏSÜVAR. 17 dekabr. TELEQRAF

Biləsuvar şəhəri ərazisində axşam saatlarında yol kənarında saxlanılmış “VAZ 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y. Abbaslı və İ. Məmiyev saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.

Qaçırılan avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.