BƏRDƏ, 31 iyul. TELEQRAF

Bərdə sakini çayda boğulub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.

Kənd sakini Rüstəmov Nihad Əliqulu oğlu çayda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.