GORANBOY, 29 iyul. TELEQRAF
Bu gün saat 13:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Hazırda 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib", - məlumatda deyilib.
***
15:09
Goranboy rayonunun Qarasüleymanlı kənd sakini Tural Mustafayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Aşağı Ballıqaya kənd sakini Rauf Səlimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil toqquşub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində sürücülər və sərnişin Əsibə Mustafayeva xəsarət alıb.
Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.