BAKI, 28 iyul. TELEQRAF

İyulun 27-də saat 19:30 radələrində Qubadlı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Xəsarət alan şəxslərdən 2001-ci il təvəllüdlü şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstititutuna, 1994-cü il təvəllüdlü şəxs isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. 1999 və 1994-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə qeyd edilib.

***

16:07

QUBADLI, 28 iyul. TELEQRAF

Qubadlı baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq, aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar - Bakı şəhər sakinləri Əliyev Rauf Rafayıl oğlu, Alkərəmov İntiqam Mətləb oğlu, Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.