TOVUZ, 28 iyul. TELEQRAF

Tovuz rayonunda baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da - gecə saatlarında baş verib.

1975-ci il təvəllüdlü Vasif Qurbanov qonşu evə qonaq gələn 24 yaşlı Elcan Həsənova uca səslə dinlədiyi musiqinin səsini azaltmağı xahiş edib.

Bu istək bir neçə dəfə davam edib. Sonradan tərəflər arasında mübahisə düşüb və E. Həsənov Vasif Qurbanova bıçaqla xəsarət yetirib.

Nəticədə V. Qurbanov ilk olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, V. Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

13:38

TOVUZ, 28 iyul. TELEQRAF

Tovuzda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçidikləri müvafiq tədbirlər nəticəsində Vasif Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.