ŞƏMKİR, 28 iyul. TELEQRAF

Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Elvin Ələsgərovun yaşadığı evdə meyiti tapılıb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, 34 yaşlı E. Ələsgərov ruhi-əsəb xəstəliklərindən əziyyət çəkirmiş.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.