QAZAX, 26 iyul. TELEQRAF

Qazax Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Mikayıl Qurbanovun səhhəti anidən pisləşib.

Xəstəxanaya çatdırılan 56 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.