GƏNCƏ, 26 iyul. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü Kəmalə Musayevanı maşın vurub.

Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.