GƏNCƏ, 25 iyul. TELEQRAF

Gəncədə dəm qazından zəhərlənmə ölümlə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü Yusif Hüseynzadə evində çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.