BEYLƏQAN, 23 iyul. TELEQRAF
23.07.2025-ci il saat 00:30 radələrində xəsarət alması səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1982-ci il təvəllüdlü şəxsə hər iki biləyin çoxsaylı kəsilmiş yarası diaqnozu təyin edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumaat verilib.
"Pasiyentə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", -deyə məlumatda qeyd olunub.
***
10:53
BEYLƏQAN, 23 iyul. TELEQRAF
Beyləqanda 43 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayonun Milabad qəsəbə sakini Muradov Elnur Tahir oğlu hər iki biləyin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən xəbərə görə, ilkin yardım göstərilən E.Muradov ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.