AĞDAŞ, 17 iyul. TELEQRAF

Ağdaşda kanalda batan 17 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə Teleqraf-ın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış Qrupunun rəhbəri İbrahim Baxşəliyev məlumat verib.

Onun sözlərinə görə, meyit gəncin batdığı yerdən təxminən 100 metr irəlidə aşkar olunaraq, sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü gənc - Süleymanov Nəsib Vidadi oğlu çimdiyi zaman batmışdı.