GƏNCƏ, 17 iyul. TELEQRAF

17.07.2025-ci il tarixində saat 01:50 radələrində 2018-ci il şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub.

Bu barədə Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.

"Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir", - məlumatda qeyd olunur.

****

02: 32

GƏNCƏ, 17 iyul. TELEQRAF

Gəncədə bədbəxt hadisə nəticəsində yeddi yaşlı uşaq xəsarət alıb.

Hadisə şəhərin Bayraq Meydanı adlanan istirahət parkında qeydə alınıb.

Yellənçəkdən yıxılan 2018-ci il təvəllüdlü Ayan Əliyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Uşağa lazımı tibbi yardım göstərilib vəziyyəti orta-ağırdır.