GƏNCƏ, 16 iyul. TELEQRAF

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü Gülçin Niftalıyeva müxtəlif xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.