SALYAN, 14 iyul. TELEQRAF
Salyanda güclü yanğın baş verib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yanğın rayonun Xələc kənd yolunun üstündə baş verib.
Yanğın zamanı yol kənarında olan ağaclar və yaşayış evlərinin həyəti yanıb.
Hazırda əraziyə FHN-nin Salyan rayon üzrə yanğınsöndürən briqadasının əməkdaşları cəlb ediliblər.
Havanın temperaturunun yüksək olması yanğının səbəbi kimi göstərilir.
Yanğın zamanı transformatorun kabelləri də sıradan çıxıb.
Faktla bağlı araşdırma başlanıb.