ŞƏMKİR, 10 iyul. TELEQRAF

Şəmkir rayon sakini Gəncə şəhərində qəzaya düşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin “Mahrasa Bağı” adlanan ərazidə qeydə alınıb.

1997-ci il təvəllüdlü Zaman Kazımlı idarə etdiyi motosikletlə qəzaya uğrayıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin səbəbləri araşdırılır.