SİYƏZƏN, 10 iyul. TELEQRAF

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi cinsli) 10.07.2025-ci il saat 08:00 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Onlara baş travmaları, döş qəfəsi və qarın nahiyəsinin travmaları, müxtəlif bədən hissələrinin (göz ətrafı, dirsək, said, bud, bel-oma nahiyəsi, diz və əllər) sıyrıntı və əzilmə xarakterli xəsarətləri diaqnozu təyin edilib.

Hər bir şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunur.

***

14:50

SİYƏZƏN, 10 iyul. TELEQRAF

Siyəzəndə minik maşını aşıb, xəsarət alan var.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Yüksək sürətlə hərəkət edən minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağrılıb. Yaralı Siyəzən Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.