GƏNCƏ, 10 iyul. TELEQRAF

Gəncə şəhərində yeniyetmə qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2009-cu il təvəllüdlü Sevinc Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşın xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlayıb.