BAKI, 12 aprel. TELEQRAF

Kamçatkada Bezumyannı vulkanı 4 kilometr hündürlükdə püskürüb.

Teleqraf "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vulkanologiya və Seysmologiya İnstitutu "Telegram"kanalında məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 12-nə keçən gecə baş verib. Hadisədən sonra vulkandan çıxan kül buludları 90 kilometrə qədər uzanıb.

Ekspertlər vulkanın püskürməsinin turistlər üçün təhlükəli olduğunu deyiblər.