BAKI, 13 aprel. TELEQRAF

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Teleqraf-a verilən məlumata görə, imtahanda 51237 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.