
BAKI, 13 aprel. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə Suriya məsələsində Türkiyə ilə sıx məsləhətləşmələr aparır".
Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusilə Suriya ilə bağlı mövzularda Türkiyə ilə daim yaxın məsləhətləşmələr aparır. Bu istiqamətdə dialoqumuz davam edir,” – nazir bildirib.
Hakan Fidan əlavə edib ki, Azərbaycanın bu sahədə atdığı və atacağı bütün addımlar yüksək dəyərləndirilir:
“Azərbaycan Suriyanın sabitliyini dəstəkləyir və bu məqsədlə göstərdiyi hər cür dəstək bizim üçün önəmlidir.”