BAKI, 13 aprel. TELEQRAF

İspaniyanın “Sevilya" klubu baş məşqçi Xavyer Pimyentanı istefaya göndərib.

Teleqraf xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssis 2024-cü ilin iyunun 2-dən “Sevilya”nın sükanı arxasında idi. Komanda onun rəhbərliyi altında keçirdiyi 34 oyunda 11 qələbə qazanıb, 14-də məğlub olub.

Qeyd edək ki, "Sevilya" 31 turdan sonra topladığı 36 xalla La Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.