
BAKI, 13 aprel. TELEQRAF
Sumıda ballistik raket zərbəsindən həlak olanların sayı 34 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Rusiyanın atdığı birinci ballistik raket universitet korpuslarından birinə dəyib, 117 nəfər zərər çəkib, onların arasında 5 yaşlı uşaq da var.
***
15.33
"Hazırda Rusiyanın ballistik raket zərbəsi nəticəsində Sumıda həlak olanların sayı 31 nəfərə çatıb. Həlak olanlar arasında iki uşaq da var. Ailələrinə və yaxınlarına başsağlığı verirəm".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
O bildirib ki, hücum nəticəsində 84-dən çox insan yaralanıb, onlardan 10-u uşaqdır. Hamısına lazımi tibbi yardım göstərilir:
"Dünya bu hadisəyə səssiz və laqeyd qalmamalıdır. Rusiya tərəfindən edilən hücumlar qınanmalıdır. Müharibənin dayandırılması və insanların təhlükəsizliyinin təmin olunması üçün Rusiyaya təzyiq göstərilməlidir. Əgər kifayət qədər güclü təzyiq və Ukraynaya lazımi dəstək olmazsa, Rusiya bu müharibəni uzatmağa davam edəcək".
"Artıq ikinci aydır ki, Putin ABŞ-ın tam və qeyd-şərtsiz atəşkəs təklifinə məhəl qoymur. Təəssüf ki, Moskvada hələ də düşünürlər ki, cəzasız şəkildə adam öldürməkdə davam edə bilərlər. Bu vəziyyətin dəyişməsi üçün real tədbirlər görülməlidir", - dövlət başçısı bildirib.