BAKI, 12 aprel. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırma aparılır.