.jpg)
BAKI, 13 aprel. TELEQRAF
İran və ABŞ arasında danışıqların ikinci raundu Oman deyil, başqa bir ölkədə keçirilə bilər.
Teleqraf "IRNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsəmail Baqayi məlumat verib.
Onun sözlərinə görə, hazırda danışıqların Oman ya da başqa bir yerdə keçirilməsi məsələsi müzakirə olunur:
“Danışıqların harada baş tutacağından asılı olmayaraq, Oman vasitəçi rolunu davam etdirəcək. Qeyd etmək lazımdır ki, danışıqların formatı dolayı olaraq qalacaq və onlar Oman vasitəçiliyi ilə davam etdiriləcək,” – deyə Baqayi bildirib.