
BAKI, 13 aprel. TELEQRAF
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş mütləq baş tutacaq, amma bunun üçün hələlik hazırlıq işləri davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezidentlər görüşün baş tutması üçün siyasi iradələrini ifadə ediblər. Görüş mütləq olacaq, amma buna hazırlıq lazımdır", – Peskov qeyd edib.