BAKI, 13 aprel. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən mətbuat konfransında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüş barədə danışıb.

Teleqraf-ın xəbərinə görə, nazir bildirib ki, görüşlə bağlı hazırlıqlar davam etdirilir:

“Hazırda müzakirə olunan məsələlərdən biri də görüşün ABŞ-də, yoxsa Türkiyədə keçirilməsi ilə bağlıdır".

Prezident Ərdoğanın Suriyaya mümkün səfəri ilə bağlı suala cavab verən Fidan bu barədə də ilkin planların olduğunu vurğulayıb:

“Ümumilikdə belə bir plan var. Hazırda uyğun vaxt, məkan və şərait üzərində iş aparılır. Şərtlər uyğun olarsa, cənab Prezidentin Suriyaya səfəri baş tuta bilər,” – deyə nazir bildirib.