BAKI, 24 mart. TELEQRAF

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında yerləşən 2 evdən 3900 manat pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı N.Məhərrəmli və 26 yaşlı Q.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Nizami rayonu ərazisində 2 şəxsin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 47 yaşlı R.İsmayılovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.