
BAKI, 25 mart. TELEQRAF
Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. O, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.