
MİNGƏÇEVİR, 24 mart. TELEQRAF
Mingəçevirdə evdən kişi meyiti tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər Avtovağzalı yaxınlığında yerləşən köçkün şəhərciyində qeydə alınıb.
Ölən şəxsin Ağdam rayon sakini, 1968-cı il təvəllüdü Allahverdi Quliyev olduğu müəyyənləşib.
Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.