BAKI, 25 mart. TELEQRAF

Cəlilabad rayonunun Hamarqışlaq kəndində ümumi sahəsi 112 m² olan tövlənin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.