
BAKI, 25 mart. TELEQRAF
ABŞ-nin Texas ştatında polis Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Maska məxsus "Tesla" dilerində bir neçə partlayıcı qurğu aşkarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Telekanalın məlumatına görə, martın 24-ü səhər saatlarında dillerdə “şübhəli cihazlar” tapılıb. Onların partlayıcı olduğu ortaya çıxıb. Əraziyə polis əməkdaşları gəldikdən sonra qurğu mağazadan çıxarılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, FTB Maskın dilerlərinə, avtomobillərinə və enerji doldurma məntəqələrinə 48 hücum barədə məlumat alıb.