BAKI, 25 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhərində restoranda atışma olub.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Restoranda 3 nəfər - Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin silahlı hücumuna məruz qalıblar.

Agentliyin məlumatına görə, əraziyə polis əməkdaşları cəlb olunub.

Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə zamanı Türkiyə vətəndaşları Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu, Azərbaycan vətəndaşının isə yüngül xəsarət aldığı bildirilib.