BAKI, 25 mart. TELEQRAF

Yeni Zelandiya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri kiçik Riverton şəhərindən 159 km cənub-qərbdə, Sakit okeanda olub.