
MASALLI, 24 mart. TELEQRAF
Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-a verilən məlumata görə, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində "Opel" və "Toyota" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun ehtiyat hissəsində piyada hərəkət edən 59 yaşlı Camal Ağayevi vurub. Ağayev aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
18:42
Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Cənub bürosun xəbər verir ki, qəza Ərkivan-Bədəlan kənd yolunda qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək divara çırpılıb. Hadisə nəticəsində sürücü ciddi xəsarətlər alıb.
Ətrafdakı insanların köməyi ilə deformasiyaya uğrayan avtomobildən çıxarılan sürücü təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.