.jpg)
BAKI, 25 mart. TELEQRAF
Rusiyadan Misirə uçan "Azur Air" şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub.
Teleqraf xəbər verir ki, bu barədə "Aviaincident" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, martın 24-də Tümendən Şarm əl-Şeyxə uçan “Boeing” in göyərtəsində arzuolunmaz vəziyyət yaranıb.
Gürcüstanın hava məkanında olarkən təyyarədə sərnişinlərdən birinin halı pisləşib. Təyyarə bundan sonra Soçi hava limanına təcili eniş etməyə məcbur olub.