GORANBOY, 25 mart. TELEQRAF

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini 32 yaşlı M.Cabbarov "Mercedes" markalı avtomobili kənd ərazisində ağaca çırpıb.

Nəticədə sürücü ağır xəsarət alıb. Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.