
TOVUZ, 24 mart. TELEQRAF
Tovuz sakini küçə itlərinin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb. 38 yaşlı Q.Vəliyev evinə gedərkən küçə itlərinin hücumuna məruz qalıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.