
Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.