
GƏNCƏ, 24 mart. TELEQRAF
Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin iki müxtəlif ərazisində baş verib.
2010-cu il təvəllüdlü M. Bəkirova və 1955-ci il təvəllüdlü X. Niyazovanı yolu keçərkən avtomobil vurub.
Hər iki şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma başlanılıb.