BAKI, 24 mart. TELEQRAF

Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxslərin həbs edilməsi üçün tədbirlər görülür.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının martın 22-də və 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.