
BAKI, 15 mart. TELEQRAF
Türkiyənin Karaman vilayətində evlərə verilən suda neft karbohidrogenləri aşkar edilib.
Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, şəhəri su ilə təmin edən su anbarında suyun səviyyəsi aşağı düşüb. Bu zaman nasos stansiyasından axan neft tullantıları suya qarışıb və istehlakçılara ötürülüb.
Şikayətdən sonra abonentlərə suyun verilişi dayandırılıb.
Bu da şəhərdə qablaşdırılmış su satışını artırıb. Su satıcıları sifarişləri vaxtında yerinə yetirə bilmədiklərini qeyd ediblər.
Yerli bələdiyyəyə qarşı cinayət işi qaldırılıb.