QAZAX, 20 dekabr. TELEQRAF

Qazaxda ağır qəza olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 1 nəfər - 2001-ci il təvəllüdlü Nicat Alıyev hadisə yerində ölüb.

Daha bir nəfər 1996-cı il təvəllüdlü Mustafa Vələdov ağır vəziyyətdə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb