BAKI, 21 dekabr. TELEQRAF
Naxçıvanda dəm qazı zəhərlənməsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb.
Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.