
BAKI, 5 mart. TELEQRAF
Bakının Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Sabunçu rayonunda Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 m² sahədə və dəhlizi 5 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.