BAKI, 6 mart. TELEQRAF

Bakının Sabunçu rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Nərimanov rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.