​​BAKI, 6 mart. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.