BAKI, 5 mart. TELEQRAF
İlkin ehtimala görə, Göygöldə dörd nəfərin ölüm səbəbi dəm qazı ilə bağlıdır.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, hazırda məsələ ilə əlaqədar prokurorluqda araşdırma aparılır.
***
10:31
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 5 mart saat 07:50 radələrində Göygöl rayonu, Aşıqlı kəndindən çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (1 kişi və 3 qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
09:58
Göygöldə 4 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı TƏBİB-ə müraciət daxil olmayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
“Ölüm hadisəsi evdə baş verib, buna görə TƏBİB-ə müraciət daxil olmayıb”, - deyə məlumatda qeyd edilib.
***
09:47
Göygöldə 4 nəfərin dəm qazından boğularaq ölməsi ehtimalı hələlik təsdiqlənmir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yeni ehtimala görə onlar qidadan zəhərləniblər.
***
09:28
Göygöldə 4 nəfər dəm qazından boğularaq ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Aşıqlı kəndində baş verib.
Hadisə zamanı 1990-cı il təvəllüdlü Səbinə Müseyibova, 1999-cu il təvəllüdlü Seymur Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat edib.
İlkin ehtimala görə, ölən şəxslər dəm qazından zəhərləniblər və Göygöl rayon sakinləri deyil.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.



.jpg)