
BAKI, 6 mart. TELEQRAF
Martın 5-də saat 14 radələrində Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Füzuli rayon sakini 1972-ci il təvəllüdlü Sevindik Möhübbət oğlu Əsədov A.M.Şərifzadə küçəsində yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasında özünü asıb.
Onun hansı səbəbindən həyatına son qoyması müəyyənləşməyib.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.