BAKI, 6 mart. TELEQRAF

Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Penitensiar xidmət və DİN-in birgə yaydığı məlumatda qeyd olunub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.