
BAKI, 6 mart. TELEQRAF
Bakının Xəzər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.